EN

Yazıçı Natəvan Dəmirçioğlunun “Açar” romanının təqdimatı olub

Bakı, 3 mart, AZƏRTAC

Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, Sumqayıt şəhər Mərkəzləşdirilmiş Kitabxana sistemi və Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun təşkilatçılığı ilə tanınmış yazıçı Natəvan Dəmirçioğlu ilə görüş və onun yeni işıq üzü görən "Açar" romanının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ictimai xadimlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edənlər əsər haqqında fikir və düşüncələrini bölüşüblər. Bildirilib ki, Birinci və İkinci Qarabağ müharibəsi qəhrəmanlarının obrazını yaradan, 44 günlük Vətən müharibəsi və Zəfər lövhələrini realist üslubda təqdim edən proza nümunəsi bədii keyfiyyəti ilə də diqqət çəkir.

Qeyd edilib ki, müəllifin 10 illik zəhmətinin bəhrəsi olan bu roman təkcə müharibə ədəbiyyatı nümunəsi deyil, eyni zamanda müasir, psixoloji, oxunaqlı nəsr nümunəsidir. Obrazlar sistemi real həyatdan götürülən, şəhid və qazilərimizin prototipini yaradan əsərdə hadisələrin fövqündə dayanan Ali Baş Komandan obrazı da diqqət çəkir.

Sonra yazıçının yaradıcılığına həsr olunan videoçarx nümayiş olunub.

Tədbir bədii hissə ilə davam edib.

Chosen
20
azertag.az

1Sources