EN

Bərdə həkimləri mübarizəni dayandırmadılarürəyi dayanan xəstəni 10 dəqiqə sonra həyata qaytardılar - VİDEO

Bərdə həkimləri mübarizəni dayandırmadılarürəyi dayanan xəstəni 10 dəqiqə sonra

Həkimlər pasiyentin həyatını xilas etmək üçün sona qədər mübarizə aparıb.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, aqonal vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çatdırılan 1961-ci il təvəllüdlü şəxsin ürəyinin dayandığı müşahidə edilib. Həyati təhlükəni ortadan qaldırmaq üçün həkimlər dərhal ilkin tibbi yardıma başlayıblar.

Təcili tibbi yardım şöbəsinin iki həkimi – Vüsal Rüstəmli və Pərviz Əlizadə növbəli şəkildə fasiləsiz ürək masajı ediblər. 

Hər keçən dəqiqə həyati təhlükəli olsa da, onlar xəstəni həyata qaytara biliblər.

Təxminən 10 dəqiqədən artıq davam edən bu mübarizə nəticəsində pasiyentin ürək fəaliyyəti bərpa edilib. 

Kəskin ağciyər-ürək çatışmazlığı diaqnozu ilə tibb müəssisənin Reanimasiya şöbəsinə yerləşdirilən şəxsin vəziyyəti hazırda ağır stabil qiymətləndirilir.

E-saglam.az


Chosen
16
10
e-saglam.az

10Sources