EN

ABŞ və Rusiya ordusunda xaos, daxili çəkişmə: Putin və Trampa meydan oxunur

Dünya ictimaiyyəti ABŞ prezidenti Donald Trampın Ukrayna prezidenti Vladimir Zelenski ilə mübahisəsini müzakirə edərkən, həm Rusiya, həm də ABŞ mətbuatı pərdə arxasında baş verən daha bir böyük gərginliyə diqqət çəkir. Bir çox mənbələrə görə, Rusiya ordusu və Müdafiə Nazirliyi arasında böyük fikir ayrılığı mövcuddur. ABŞ-da isə işçilər dövlət katibi Pit Heqsetə qarşı "büdcə müharibəsi" aparmağa hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın müxalif “The Moscow Times” nəşri yazıb.

Məlumata görə, prezident Vladimir Putinin ötən il onlarla yüksək səviyyəli məmuru, xüsusən də müdafiə nazirini işdən çıxarmasından sonra nazirlik və orduda gərginlik artıb. Nəşrə danışan mənbələr iddia edir ki, Putinin həyata keçirdiyi təmizləmə dalğalarından sonra sabiq müdafiə naziri Sergey Şoyquya yaxın yüksək səviyyəli bürokratlar, hərbçilər ordu və nazirlik daxilində cavab zərbələri endirmək üçün fürsət gözləyirlər.

Putinə meydan oxuyurlar

"Şoyqu klanı" adlanan qərar qəbul edən orqanlar hesab edir ki, Rusiyanın Federal Daxili Təhlükəsizlik Xidməti və ədliyyə Nazirliyi yanında İstintaq Komissiyası illərdir hərbçilərlə güc uğrunda mübarizə aparır.

Rusiya bürokratiyasında çoxları bu qənaətdədir ki, hər iki qurum bir-birinin ardınca məhkəmə iddiaları qaldıraraq Şoyqu vasitəsilə ordunun və Müdafiə Nazirliyinin gücünü zəiflətməyə çalışır. Hərbi resurslar qeyd edirlər ki, Rusiya Müdafiə Nazirliyi və ordusu ilk dəfədir ki, belə qruplaşmalar arasında bölünür. Keçmiş bürokratların Putinə “cavab verməyə hazırlaşdığı” iddiaları da var.

"Büdcə müharibəsi" olacaq

Bəzi media orqanlarına görə, ABŞ Müdafiə Nazirliyində də oxşar vəziyyət hökm sürür. “Breaking Defence”nin məlumatına görə, müdafiə naziri Pit Heqsetin 2026-cı il müdafiə büdcəsinin 8 faizlik hissəsini hərbi eşelonlarla məsləhətləşmədən başqa sahələrə ayırmaq qərarı şəxsi heyəti narahat edib. Bildirilir ki, ilk dəfə onlarla məsləhətləşmədən büdcə dəyişikliyi edildiyi üçün heyət təəccüblənib.

Chosen
15
publika.az

1Sources