Rusiyanın 62 yaşlı Xalq artisti, müğənni Qriqori Leps yenidən ata olmaq istəyir.
Söz.az xəbər verir ki, sənətçi bunu "kp.ru"-ya açıqlamasında deyib.
O, ən azı daha iki uşaq sahibi olmaq istədiyini etiraf edib.
Qeyd edək ki, Leps 2021-ci ildə 20 illik evliliyindən sonra həyat yoldaşı Anna Şaplıkovadan boşanıb. Onun bu evlilikdən 3 övladı var.
Sənətçinin ilk evliliyindən İnqa Leps adlı bir qızı var.
İfaşı 2024-cü ilin sentyabrında 18 yaşlı Aurora Kibanı ilə ailə qurduğunu açıqlayıb.