EN

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniyanın ətraf mühit, iqlim dəyişikliyi və meşə təsərrüfatı naziri Aden Duale arasında görüş keçirilib

Bu gün Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniyanın ətraf mühit, iqlim dəyişikliyi və meşə təsərrüfatı naziri Aden Duale arasında görüş keçirilib

Martın 3-də Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev və Keniyanın ətraf mühit, iqlim dəyişikliyi və meşə təsərrüfatı naziri Aden Duale arasında görüş keçirilib.

Səfirlikdən Operativ Media-ya bildirilib ki, səfir Sultan Hacıyev görüş üçün təşəkkür edib və iki ölkə arasında münasibətlərin dinamik inkişafından söhbət açaraq ikitərəfli və çoxtərəfli əməkdaşlıq sahələrində potensialları vurğulayıb. O, ötən il Azərbaycanın ev sahibi olduğu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Keniyanın aktiv iştirakını vurğulayaraq qeyd edib ki, 2026-cı ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13), habelə Ümumdünya Ətraf Mühit Günü (WED2026) çərçivəsində Azərbaycan və Keniya arasında sıx işbirliyi qlobal əməkdaşlığa mühüm töhfə verə bilər.

Nazir Duale Keniya və Azərbaycan arasında mövcud əlaqələrin vəziyyətindən məmnunluğunu ifadə edib və ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlardan maksimum bəhrələnmək üçün tərəflər arasında iradənin olduğunu qeyd edib. O, Azərbaycanın COP29-a uğurla ev sahibliyi etdiyini vurğulayıb. Sessiya zamanı Azərbaycanın liderliyi ilə baş tutan müzakirələrdə Paris sazişinin vacib maddələrinin fəaliyyət mexanizmlərinin razılaşdırılmasını tarixi hadisə adlandırıb. Nazir bildirib ki, Azərbaycanın COP-a uğurlu ev sahibliyinin nəticələrindən biri olan COP Sədrlikləri Üçlüyü formatının təsis edilməsi qlobal iqlim müzakirələrini növbəti səviyyəyə qaldıracaqdır.

Nazir Duale Azərbaycanın dayanıqlı şəhərsalma ilə iqlim dəyişikliyi proseslərinin qarşılıqlı təsirləri və COP-WUF platformaları arasında əlaqənin inkişafı üzrə fəaliyyətinə dəstək verilməsi üçün Keniyanın WUF13 çərçivəsində sıx əməkdaşlığa hazır olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, WED2026-ya ev sahibi seçilməsi Azərbaycanın növbəti uğurudur və beynəlxalq ətraf mühit gündəliyinə töhfə vermək üçün mühüm müstəvi olacaqdır.

Qeyd edilib ki, Keniyanın 2023-cü ildə Afrika İqlim Sammitinə uğurla ev sahibliyi etməsi, Keniya Prezidenti cənab Uilyam Rutonun Afrika Dövlət və Hökumət Başçılarının İqlim Dəyişikliyi üzrə Komitəsinin sədri olması və Keniyanın Afrika İqlim Danışıqçıları Qrupuna rəhbərlik etməsini nəzərə alaraq, WUF13 və WED2026 müstəvisində həm ikitərəfli, həm də çoxtərəfli istiqamətlər üzrə əməkdaşlıq ölkələrimiz arasındakı münasibətlərə xüsusi töhfə verəcək.

Chosen
16
6
operativmedia.az

10Sources