EN

AFFA-nın İntizam Komitəsi qərar verdi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, iclasda Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarındakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.

“Zirə” – “Araz-Naxçıvan” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığına görə klub 700 manat cərimə edilib.

Eyni oyunda “Zirə” komandasının azarkeşləri tərəfindən kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə paytaxt təmsilçisi 500 manat cərimələnib.

“Neftçi” – “Kəpəz” oyununun 58-ci dəqiqəsində “Neftçi”nin 9 nömrəli futbolçusu Bassalu Sambu ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalandırılıb, klubu 1500 manat cərimə edilib.


Telegram kanalımız
Chosen
46
38
yenisabah.az

10Sources