Texas ştatının Respublikaçı konqresmeni Brandon Cill 100 dollarlıq əskinasın üzərinə ABŞ prezidenti Donald Trampın portretinin yerləşdirilməsini təklif edib.
Söz.az "Fox News"-a istinadən xəbər verir ki, Cill, Trampın fotosunun 100 dollarlıq əskinasın üzərinə qoyulmasının gələcək dörd il ərzində əldə edəcəyi hər şeyə bir mükafat olacağını söyləyib.
Cill artıq 2025-ci ilin "Qızıl Dövr Aktı" adlandırılmasını təklif etdiyi müvafiq qanun layihəsini hazırlayıb.
Sənəddə 2028-ci il dekabrın 31-dən sonra 100 dollarlıq əskinasın ön tərəfində Donald Trampın portreti olmadığı halda çap oluna bilməyəcəyi bildirilib.
Əskinasın ilkin dizaynı 31 dekabr 2026-cı il tarixindən gec olmayaraq təqdim edilməlidir.
Qeyd edək ki, hazırda 100 dollarlıq əskinasın üzərində ABŞ-nin qurucularından biri olan Benjamin Franklinin fotosu var.