EN

“Marafon kraliçası” 5 il müddətinə azadlıqdan MƏHRUM EDİLDİ

Məhkəmə “marafon kraliçası” Yelena Blinovskayanı beş il müddətinə azadlıqdan məhrum edib.

Moskvanın Savyolovski Məhkəməsi bloqqer və sahibkar Yelena Blinovskayanı 5 il həbs və 1 milyon rubl cərimələyib. Bundan əlavə, ona dörd il müddətində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Məhkəmə həmçinin Blinovskayaya qarşı 587 milyon rubl mülki iddianı təmin edib və onun istintaq zamanı üzərinə həbs qoyulan əmlakının dövlətə keçirilməsinə qərar verib.

Bundan əlavə, məhkəmə Blinovskayaya övladlarının 14 yaşına çatana qədər cəzanın icrasından möhlət verilməsini təmin etməyib.

Chosen
81
interpress.az

1Sources