EN

Hamburq limanı yaxınlığında 42 000 litr neft məhsulu tökülüb- ÖZƏL

Hamburq konteyner limanı yaxınlığında yerləşən kanala azı 42 000 litr neft məhsulu sızıb. 

Olaylar.az xəbər verir ki, "Bild" tabloidinin yanğınsöndürənlərə istinadən yaydığı məlumata görə, hadisə martın 2-si axşam saatlarından başlayaraq aidiyyəti qurumların müdaxiləsini tələb edib.

Ekoloji fəlakətin qarşısını almaq məqsədilə hadisə yerində yanğınsöndürənlər, çay polisi və yerli ekoloji qurumların nümayəndələri işləyir. Neft sızması, neftin emalı zamanı yaranan maye qalıqların toplanması, daşınması və saxlanması ilə məşğul olan bir şirkətin anbarından baş verib. Lakin çirklənmənin dəqiq səbəbləri hələlik məlum deyil.

Hadisə nəticəsində 90 000 kubmetrdən çox su çirklənib. Fövqəladə hallar xidməti neft çirklənməsinin Elbanın əsas axınına keçməsinin qarşısını almaq üçün üzən neft maneələrindən istifadə edir. Vəziyyətə nəzarət məqsədilə əməliyyata polis helikopteri də cəlb olunub.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources