EN

Keçmiş məcburi köçkün: Uşaq vaxtı tərk etdiyim ata-baba torpağımıza 42 yaşımda qayıtmışam

Ağdərə, 3 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Uşaq vaxtı tərk etdiyim ata-baba torpağımıza 42 yaşımda qayıtmışam.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə Ağdərənin Həsənriz kəndinə köç edən Dağyunus Nəbiyev deyib.

“İndiyə qədər Bakı şəhərində yataqxana binasında məskunlaşmışdıq. Bu gün dördotaqlı evlə təmin olunmuşuq. Buna görə Prezidentimizə minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Ağdərənin Həsənriz kəndinə ilk köç reallaşıb. Bu mərhələdə Həsənriz kəndinə 25 ailə - 91 nəfər köçürülüb.

 

Chosen
28
1
azertag.az

2Sources