EN

Makron Trampı Ukrayna münaqişəsinin həlli ilə bağlı mövqeyini dəyişməyə çağırıb- ÖZƏL

Fransa Prezidenti Emmanuel Makron ABŞ-ın sabiq Prezidenti Donald Trampı Ukrayna münaqişəsinin dərhal həllindən çəkindirməyə çalışıb. Olaylar.az xəbər verir ki, bu barədə o, martın 3-də Il Foglio qəzetinə verdiyi müsahibədə bildirib.

Makronun sözlərinə görə, o, Trampı dərhal atəşkəsə nail olmaq əvəzinə, hava, dəniz və enerji infrastrukturunda atəşkəsə üstünlük verməyə çağırıb. Fransa lideri belə bir yanaşmanın daha asan nəzarət edilə biləcəyini vurğulayıb.

Makron əlavə edib ki, Avropa tərəfi öz növbəsində təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar aparmağa davam edəcək.

Eyni zamanda, Bloomberg agentliyi martın 3-də xəbər verib ki, Böyük Britaniya və Fransa Kanadanın da mümkün iştirakı ilə Trampa "Avropa-plus" adlı koalisiya təklif etməyi planlaşdırır. Məqsəd onu Ukraynaya dəstəyini davam etdirməyə inandırmaqdır. Nəşrin məlumatına görə, bu plan Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə açıq mübahisəsindən sonra ABŞ-Kiyev münasibətlərinin tamamilə pozulmayacağı ehtimalına əsaslanır.

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
34
olaylar.az

1Sources