EN

Moskvada sinaqoqda və metroda terror aktının qarşısı alınıb

BAKI, TurkicWorld

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskva şəhərində sinaqoq və metro stansiyasına planlaşdırılan terror aktının qarşısının alındığını açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, FSB-nin mətbuat xidməti tərəfindən verilən məlumata görə, saxlanılan şəxs beynəlxalq terror təşkilatının üzvü olub və Orta Asiya əsilli Rusiya vətəndaşıdır.

Açıqlamada bildirilib ki, şübhəli şəxs Moskva bölgəsində saxlanılarkən təhlükəsizlik qüvvələrinə müqavimət göstərib və nəticədə zərərsizləşdirilib.

"Terrorçu hücumlardan sonra Əfqanıstana getməyi planlaşdırırdı. Həmin şəxsin yaşadığı evdə aparılan axtarış zamanı silah və partlayıcı qurğuların istehsalında istifadə olunan kimyəvi materiallar aşkar edilib." – FSB məlumatında qeyd olunub.

Qeyd edək ki, ötən il də FSB Moskva şəhərində bir sinaqoqda terror aktının qarşısını aldığını bildirmişdi.

Chosen
43
turkic.world

1Sources