ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Pentaqon rəhbəri Pit Heqsetə qarşı ittiham irəli sürüb. O bildirib ki, Heqset Moskvaya "işləyir".
Publika.az xəbər verir ki, Pit Heqset isə buna cavab olaraq Klintona Rusiya-ABŞ münasibətlərini bərpa edə bilmədiyini xatırladıb.
Bir müddət əvvəl Hillari Klinton Rusiyaya qarşı bütün kiber əməliyyatların dayandırılmasını əmr edən Heqseti Moskvaya "işləməkdə" ittiham edib.
Pentaqon rəhbəri Klintona onun Rusiya xarici işlər naziri Sergey Lavrovla çəkdirdiyi foto ilə cavab verib.