Almaniyanın Manhaym şəhərində avtomobil kütləyə çırpılıb, bir nəfər ölüb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
İlkin məlumatlara görə, avtomobil Paradeplats rayonunda izdihama çırpılıb. Xilasetmə xidmətləri hadisə yerindədir.
Polis sakinlərdən şəhər mərkəzinə səfər etməməyi xahiş edib.