EN

Mədəniyyət naziri Adil Kərimlinin Neftçalada vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bakı, 3 mart, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli tərəfindən martın 14-də saat 10:00-da Neftçala, Salyan, Biləsuvar, Şirvan və Hacıqabul rayonlarından olan vətəndaşların qəbulu tarixi dəyişdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşların qəbulu martın 13-də saat 10:00-da Neftçala rayon Heydər Əliyev Mərkəzində (ünvan: Neftçala şəhəri, Heydər Əliyev prospekti, 34) keçiriləcək.

Vətəndaşlar martın 7-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

 

Chosen
35
1
azertag.az

2Sources