EN

Ən varlı rusların sərvəti 7,7 milyard dollar artdı – “Bloomberg”


Əsasən şirkətlərin səhmlərinin dəyəri əsasında hesablanan “Bloomberg Milyarderlər İndeksi”nə əsasən, Rusiyanın ən varlı iş adamlarının sərvəti 2025-ci ilin əvvəlindən 7,764 milyard dollar artıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bloomberg Milyarderlər İndeksinə görə, ilin əvvəlindən Rusiyanın ən böyük dəmir filizi istehsalçısı olan “Metalloinvest”in səhmdarı Əlişir Usmanov 3,1 milyard dollar qazanıb və onun sərvəti 16,3 milyard dollara çatıb.
“Norilsk Nikel”in prezidenti Vladimir Potaninin sərvəti isə 1,77 milyard dollar artıb və 29,6 milyard dollar olub.
Ən böyük itkiyə iş adamı Mixail Fridman məruz qalıb. Belə ki, onun sərvəti 2,26 milyard dollar azalaraq, 12,5 milyard dollara düşüb.
Chosen
30
3
yeniavaz.com

4Sources