EN

Almaniyada avtomobil izdihamın üzərinə sürülüb, ölən və yaralananlar var - YENİLƏNİB

Almaniyanın Mannheim şəhərində baş verən hücum nəticəsində bir neçə nəfər yaralanıb, vəziyyətləri ağırdır.

APA xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir nəfər ölüb.

Qeyd edilib ki, avtomobilin sürücüsü saxlanılıb.

Polisi Mannheim şəhər mərkəzini bağlayıb.

16:35

Almaniyanın qərbində yerləşən Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb.

APA xəbər verir ki, bu barədə Bild məlumat yayıb.

Hadisə nəticəsində yaralananların olduğu qeyd edilir.

Bildirilib ki, polis genişmiqyaslı əməliyyat ilə əlaqədar vətəndaşları şəhər mərkəzinə getməməyə çağırıb.

Chosen
69
2
apa.az

10Sources