"Oğlum Ukraynadadır. Bu da bir qismətdir, iki ildən çoxdur ki, oradadır. Bu haqda jurnalistlərə heç vaxt danışmamışam. Amma hər kəs bilir. Həm də bu, yalnız mənim başıma gəlməyib. Evlənənlər tez ayrılır. Problemin nə olduğunu bilirəm, bu mövzuda danışmaq istəmirəm. Boşanmalar çoxdur. Bizim ailə həmişə nümunəvi idi. Dostlarım deyirdilər ki, baxırıq, fəxr edirik ki, bir-birinizə necə diqqət ayırırsınız. Mən ailəmlə gəzintiyə çıxmağı çox sevirdim, demək olar ki, dincəlirdim. Rayonlarımızı gəzirdik, tez-tez Ukraynaya, Türkiyəyə gedib-gəlirdik. Müəyyən səbəblərdən bu, baş verdi. Oğlum Ukraynada anasının yanındadır. Münasibəti saxlamışıq. Oğlumla da, keçmiş həyat yoldaşımla da danışırıq, dost kimi dərdləşirik, söhbətləşirik. Murad da böyüyüb, yekə kişi olub. Bu il birinci sinifə gedəcək. Onu məktəbə yola salmaq üçüm avqustda Ukraynaya gedəcəyəm".