Almaniyanın Mannheim şəhərində baş verən hücum nəticəsində 25 nəfər yaralanıb, vəziyyətləri ağırdır.
APA xəbər verir ki, bu barədə Bild məlumat yayıb.
Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb.
Qeyd edilib ki, avtomobilin sürücüsü saxlanılıb.
Polisi Mannheim şəhər mərkəzini bağlayıb.
16:35
Almaniyanın qərbində yerləşən Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb.
APA xəbər verir ki, bu barədə Bild məlumat yayıb.
Hadisə nəticəsində yaralananların olduğu qeyd edilir.
Bildirilib ki, polis genişmiqyaslı əməliyyat ilə əlaqədar vətəndaşları şəhər mərkəzinə getməməyə çağırıb.