EN

Almaniyada avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində 2 nəfər ölüb, 25 yaralı var - Yenilənib

Almaniyanın Mannheim şəhərində baş verən hücum nəticəsində 25 nəfər yaralanıb, vəziyyətləri ağırdır...

APA xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində iki nəfər ölüb.

Qeyd edilib ki, avtomobilin sürücüsü saxlanılıb.

Polis Mannheim şəhər mərkəzini bağlayıb.

***

Almaniyanın qərbində yerləşən Mannheim şəhərində avtomobil izdihamın üzərinə sürülüb.

APA xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.

Hadisə nəticəsində yaralananların olduğu qeyd edilir.

Bildirilib ki, polis genişmiqyaslı əməliyyat ilə əlaqədar vətəndaşları şəhər mərkəzinə getməməyə çağırıb.

Poliqon.info

Chosen
69
8
poliqon.info

10Sources