Manset.az-ın məlumatına görə, Von der Leyen Brüsseldə keçirilən Avropa avtomobil sənayesinin gələcəyi ilə bağlı strateji dialoq görüşündən sonra mətbuata açıqlama verib.
Martın 6-da Brüsseldə Ukrayna və müdafiə mövzusunda keçiriləcək fövqəladə zirvə toplantısına intensiv hazırlaşdığını bildirən Von der Leyen, Avropanın yenidən silahlanması planı ilə bağlı sabah Aİ ölkələrinə məktub göndərəcəyini deyib. "Şübhəsiz ki, müdafiə xərclərinin böyük artımına ehtiyacımız var".Qalıcı sülhün ancaq güc üzərində qurula biləcəyinə diqq çəkən Von der Leyen, qeyd edib ki, güc özümüzü gücləndirməklə başlayır.