Bundan əlavə, Tovuz, Quba və Marsel adlarının da hər biri bir nəfərə qoyulub.
Ötən il həmçinin 274 uşağa Günəş adı verilib.
Təbiət hadisələrinə uyğun adlara gəlincə, 441 uşağa Yağmur, 140-na Rüzgar, 11-nə Bulud, 3-nə Tufan, 1-nə Dolunay, 4-nə isə Duman adı qoyulub.
Bundan əlavə ötən il bir nəfərə Atatürk adı verilib. Vurğulayaq ki, bu ad son beş il ərzində cəmi bir nəfərə verilib.
Qeyd edək ki, 2024-cü ildə oğlan uşaqlarına ən çox Uğur (1832), qız uşaqlarına isə Zeynəb (1261) adı qoyulub.