Bayramqabağı bölgələrdəki hotellərdə qiymətlər artıb.
Xəbər verdiyimiz kimi, bu il Novruz və Ramazan bayramları ilə əlaqədar mart ayında ölkədə ardıcıl 12 qeyri-iş günü olacaq. Bu müddətdən faydalanan vətəndaşlar rayonlara səyahət etməyi planlaşdırır.
Operativ Media bölgələrdə yerləşən bəzi məşhur hotellerin bayram günlərindəki qiymətlərini araşdırıb:
Azərbaycanın bölgələrində yerləşən məşhur hotellerin bayram günlərində qiymətləri aşağıdakı kimidir:
"Qalaaltı Hotel & Spa" hotel - Hazırda 19 mart üçün endirim aksiyası mövcuddur. Lakin digər günlər bayrama təsadüf etdiyi üçün qiymətlər yüksəlib. Bayram günlərində iki nəfərlik ən sadə otaq (standart mənzərəli otaq) 20% endirimlə 152 AZN, qidalanma ilə isə 224 AZN təşkil edir. Mart ayının 20-dən etibarən 3 dəfə qidalanma ilə otağın bir gecəlik qiyməti 439 AZN olacaq.
Şamaxı Placa - Bayram günlərində 3 dəfə qidalanma daxil olmaqla mart ayının 19-u üçün qiymət 295 AZN, 20-23 mart tarixləri arasında isə 370 AZN təşkil edir. Mart ayının 25-dən etibarən bir gecəlik qiymət isə 350 AZN olacaq.
Sakit Göl – İki nəfər üçün səhər yeməyi daxil dağ mənzərəli otaq 195 AZN-dir. Hazırda martın 15-dək müəyyən kampaniyalarımız mövcuddur. Lakin Novruz bayramı ilə əlaqədar hələlik bir kampaniya təklif edilmir.
"Ez Restoran & Hotel" – Bayram günlərində qiymətlərdə müəyyən dəyişikliklər mövcuddur. İki nəfərlik standart otaqlarımız, səhər yeməyi daxil 80 AZN, suit və lüks otaqlarımız isə 100-120 AZN arasında dəyişir. Lüks otaqlarımız 120 AZN-dir və iki nəfər üçün nəzərdə tutulub, üçüncü şəxsin qalması mümkün deyil.
"Quba Palace Hotel" – Mart ayının 23-dən etibarən iki nəfərlik otaqların qiyməti dağ mənzərəli 275 AZN, göl mənzərəli isə 295 AZN təşkil edir. Hazırda dağ mənzərəli otaqlardan yalnız 1 ədəd qalıb. Qiymətə səhər yeməyi, fitnes, spa, türk hamamı, qapalı havuz və canlı musiqi daxildir.
Marxal Resort & Spa – Bayram günlərində standart otağın qiyməti iki nəfər üçün bir gecə 250 AZN-dir. Minimum rezervasiya müddəti 2 gecədir. Hazırda 21 və 22 mart tarixlərinə yalnız 1 ədəd balkonlu otağımız qalıb. Mart ayının 25-dən etibarən oteldə balkonlu otağın bir gecəlik qiyməti 210 AZN, balkonsuz otaq isə 190 AZN olacaq.