"Bakıda Neft Emalı Zavodunun şəhərdən köçürülməsi ilə bağlı iki ssenari var".
Bunu Nazirlər Kabinetinin Sənaye və energetika şöbəsinin müdiri Elşən Hacızadə Milli Məclisdə "Enerji səmərəliliyi: nəticələr və gözləntilər" mövzusunda ictimai müzakirədə çıxışı zamanı deyib.
Qeyd olunub ki, hazırda zavodda modernizasiya işləri gedir.
E.Hacızadə bildirib ki, köçürülmə və ya modernizasiyanın 2030-cu ilədək həyata keçirilməsi gözlənilir:
"Hər iki ssenariyə baxılır. Biz yeni zavod tikəcəyiksə, bu 2030-cu ilə nəzərdə tutulur".
"Cebheinfo.az"