EN

DİQQƏT! “WhatsApp” yazışmaları məhkəmələrdə sübut kimi təqdim OLUNA BİLƏRMİ?

Bəzən insanlar arasında müxtəlif səbəblərə görə ciddi mübahisələr yaranır. Bu mübahisələr isə hətta məhkəmələrə qədər gedib çıxır. Müasir dövrdə səs yazıları və videoqeydlərin aparılması təbiidir. Lakin belə fikirlər də söylənilir ki, səs yazıları, video-qeydlər məhkəmələrdə sübut ola bilməz. Yəni hakim səs yazılarına əsaslanıb qərar çıxara bilməz. Yaxud səsini yazdığımız, videolarını çəkdiyimiz şəxslərin razılığı olmadan həmin sübutlardan məhkəmədə istifadə etmək qanunsuzdur.  


Belə olduğu halda “WhatsApp” yazışmalarını məhkəmələrdə sübut kimi təqdim etmək mümkündürmü? Ümumiyyətlə xüsusi cihazlar vasitəsilə səs yazıları və videoyazılar nə dərəcədə dəlil-sübut kimi qəbul oluna bilər?


Mövzu ilə bağlı hüquqşünas Nəcibə Nəcəfova Referans.az" target="_blank">Referans.az-a açıqlamasında bildirib ki,  "WhatsApp" yazışmalarının məhkəmələrdə sübut kimi təqdim edilməsi mümkündür. Buna baxmayaraq, burada bəzi istisnalar mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual məcəlləsinin 200-cü maddəsinə əsasən, "Şəxsi yazışmaların gizliliyini qorumaq məqsədi ilə bu yazışmalar yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər".




Hüquqşünas onu da vurğulayıb ki, əlavə olaraq, Konstitusiya məhkəməsinin qərarına əsasən, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi mümkündür.


"Səs yazıları isə gizlin şəkildə yazılarsa, qanuna zidd əməllər nəticəsində əldə olunmuş sübut hesab olunur. Gizlin şəkildə yazılmayan səs yazıları isə sübut kimi qəbul edilə bilər",- deyə hüquqşünas qeyd edib.


Bünyamin Bünyadzadə

Referans.az

Chosen
63
referans.az

1Sources