EN

Qəzzaya yardımın qarşısının alınması beynəlxalq hüququ pozur - Türkiyə XİN

BAKI, TurkicWorld

Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzzaya humanitar yardımın daxil olmasını əngəlləmək qərarını sərt şəkildə pisləyib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, nazirlik tərəfindən yayımlanan bəyanatda İsrail hökumətinin bu qərarının beynəlxalq hüququn açıq şəkildə pozulması olduğu vurğulanıb.

"İsrailin Qəzzaya humanitar yardımların daxil olmasını əngəlləmək qərarını qətiyyətlə pisləyirik. İsrail hökumətinin Fələstin xalqının əsas ehtiyac duyduğu mallara çıxışı rədd etməsi beynəlxalq hüquq normalarına ziddir", – deyə bəyanatda qeyd olunub.

Chosen
83
8
turkic.world

10Sources