EN

Masallıda erkən nikah mövzusunda maarifləndirmə görüşü keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Masallı rayonunda "Ailə dəyərləri, erkən nikah, qohum evliliklərinin fəsadları" mövzusunda maarifləndirici tədbir keçirilib. 

 

Masallı rayonunda yerləşən şəhid S.Hacıyev adına Viləş kənd tam orta məktəbində keçirilən görüşdə qeyri-hökumət təşkilatlarının nümayəndələri, məktəbin müəllim kollektivi və 8, 9, 10-cu sinif şagirdləri iştirak ediblər. 

 

Tədbirin məqsədi ailə dəyərləri, erkən nikah, eləcə də qohum evliliklərinin fəsadları barədə uşaqların məlumatlılıq səviyyəsini artırmaq, həmçinin onların hüquqlarının müdafiəsi məsələlərinə diqqət çəkməkdir.

 

Bu mövzuda maarifləndirmə görüşləri mütəmadi olaraq təşkil edilir.

Chosen
36
1
qht.az

2Sources