EN

Növbəti günlərdə geomaqnit qasırğası gözlənilir

   

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

Sitat.info xəbər verir ki, Rəsədxanadan bildirilib ki, günəşin fəallığı qismən zəifləyib. Günəşin səthində ləkələrin sayı azalaraq 10 ləkə qrupunda 139 ləkə müşahidə olunur.

Günəş küləyinin maksimal sürəti 829 km/san-dək artıb. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 20 nT, radial istiqamətdə isə -10 nT olmuşdur. Hazırda Günəş küləyinin sürəti 494 km/san planetlərarası maqnit sahəsinin maksimal qiyməti Yer orbitində 7 nT, radial istiqamətdə isə 3.80 nT təşkil edir.

Avroraların müşahidə olunması ehtimalı yuxarı coğrafi enliklərdə 25 faiz, orta coğrafi enliklərdə isə 1 faizdir.

Geomaqnit sahəsi –Yüksəksürətli Tac Dəliyi Axınlarının təsiri ilə martın 3-də qeyri-sabit olacaq, martın 4-5-də isə G1 (zəif) səviyyəli geomaqnit qasırğası gözlənilir.

Chosen
106
16
sitat.info

10Sources