EN

"Şamaxı" "Səbail"i məğlub edib

Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, günün ilk oyununda "Səbail" "Şamaxı"nı qəbul edib.

Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

41-ci dəqiqədə qonaqların heyətində Vasiliye Bakiç hesabı açıb. 63-cü dəqiqədə Andrey Tirkoveanu fərqi ikiyə yüksəldib.

"Şamaxı" qələbə sayəsində xallarının sayını 24-ə çatdırıb və 7-ci pilləyə qalxıb. Meydan sahibləri 18 xalla sonuncu - 10-cu sıradadır.

Günün saat 19:30-da start götürəcək matçında "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Chosen
46
5
operativmm.az

6Sources