EN

Gürcüstan xarici agentlər haqqında yeni qanun layihəsinə baxmağa başladı

abş
Gürcüstan parlamentinin Hüquq Komitəsi ABŞ-nin qüvvədə olan FARA (“Foreign Agents Registration Act” - Xarici Agentlərin Qeydiyyatı Aktı) qanununun dəqiq surəti olan xarici agentlər haqqında yeni qanun layihəsinə baxıb və birinci oxunuşda qəbul edib.
Yeniavaz.com
xəbər verir ki, komitənin iclası parlamentin saytında yayımlanıb.
“Bizdə Amerika Birləşmiş Ştatlarında olduğu kimi hüquqi rıçaqların olması vacibdir. Əgər Amerika Birləşmiş Ştatlarında Amerika xalqı öz suverenliyini effektiv mexanizmlərlə qorumaq hüququna malikdirsə, gürcü xalqının da bizim suverenliyimizi təmin etmək hüququ var. Odur ki, “Gürcü arzusu” komandasının qərarı ilə və fraksiya təşəbbüsü ilə xarici agentin qeydiyyatı ilə bağlı Amerika qanununun hərfi tərcüməsinə başlanılıb”, - iclasda hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladze bildirib.
Qeyd edək ki, fevralın əvvəlində hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası Xarici Agentlər Aktının Amerika versiyasının dəqiq analoqunu – FARA-nı qəbul edəcəyini bəyan edib.
Chosen
50
yeniavaz.com

1Sources