EN

Fevral ayında dövlət büdcəsinin gəlir və xərcləri tam həcmdə və vaxtında icra olunub

Bakı. Trend:

2025-ci ilin fevral ayında dövlət büdcəsinin gəlir vəxərclərinin icrası proqnozu üstələyib.

Trend xəbər verir ki, fevralayında dövlət büdcəsinin gəlirləri 2.686,1 milyonmanat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan3,04 milyon manat və ya 0,1 faizçox olub.

Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət VergiXidmətinin xətti ilə daxilolmalar 863,2 milyonmanat, Dövlət Gömrük Komitəsindən 530,6 milyonmanat, Əmlak Məsələləri Dövlət Xidmətindən 4,2milyon manat, Dövlət Neft Fondundan transfert isə1.206,8 milyon manat təşkil edib. Dövlətbüdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindəndaxilolmaları 40,6 milyon manata, sairdaxilolmalar isə 40,7 milyon manata bərabərolub.

Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıqorqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə vəvaxtında icrası təmin olunub. Belə ki, fevral ayında dövlətbüdcəsinin xərcləri 3026,3 milyon manat təşkiledib ki, bu da aylıq proqnozdan 65,4 milyon manatvə ya 2,2 faiz çoxdur.

Chosen
61
23
az.trend.az

10Sources