Bu gün Azərbaycan güləşində tarixi hadisə yaşanıb. 

Offsideplus.az xəbər verir ki, Gəncə İdman Sarayında 15 yaşlılar arasında sərbəst və yunan-Roma güləşi üzrə birincilik start götürüb.

Bu, Gəncədə keçirilən ilk ölkə çempionatıdır.

Yarışın birinci günündə sərbəst güləş üzrə 38, 44, 52, 62 və 75 kq-da medalçılar müəyyənləşib. Çempionat martın 6-dək davam edəcək.

38 kq
1.Sərxan Musayev (Qax, ROİL)
2.Cavanşir Süleymanov (MOİK)
3.Ramal Hacıyev (Gəncə, Təhsil-1), Elman İsmayılov (Gəncə, Təhsil-1)

44 kq
1.İbrahim Həsənov (Gəncə, Təhsil-1)
2.Musa Tağıyev (Gəncə, Təhsil-1)
3.Nurxan İsmayılov (Abşeron, “Zenit”), Zirəddin Rzayev (Lənkəran)

52 kq
1.Yusif Hüseynov (Gəncə, Təhsil-1)
2.Nizami Hüseynov (Şəki)
3.Yılmaz Səmədov (Siyəzən), Hüseyn Məmmədli (Sumqayıt)

62 kq
1.Məhəmməd Həsənli (UGİM-5)
2.Məhərrəm Babayev (Şəmkir)
3.Anar Həsənli (Pəhləvan), Siyasət Dadaşzadə (Lənkəran)

75 kq
1.Elvin Necəfzadə (UGİM-1)
2.Mirhəbib Qasımov (Cəlilabad, “Pəhləvan”)
3.Hacımurad Rəcəbov (Zaqatala), Yaşar İbrahimov (İmişli)