EN

“Şamaxı” “Səbail”i məğlub etdi

Futbol üzrə Misli Premyer Liqasında XXV tura start verilib.   Manset.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Şamaxı"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0. 41-ci dəqiqədə qonaqların heyətində Vasiliye Bakiç hesabı açıb. 63-cü dəqiqədə Andrey Tirkoveanu fərqi ikiyə yüksəldib. "Şamaxı" qələbə sayəsində xallarının sayını 24-ə çatdırıb və 7-ci pilləyə qalxıb. Meydan sahibləri 18 xalla sonuncu - 10-cu sıradadır. Günün saat 19:30-da start götürəcək matçında "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Chosen
47
5
manset.az

6Sources