EN

Yaponiya XİN rəhbərinin Rusiyaya girişinə qadağa qoyuldu

Rəsmi Moskva Yaponiyanın xarici işlər naziri Takeşi İvayanın ölkəyə girişinə qadağa qoyub.

Rəsmi Moskva Yaponiyanın 9 vətəndaşının, o cümlədən ölkənin xarici işlər naziri Takeşi İvayanın ölkəyə girişinə qadağa qoyub.

Operativ Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında qeyd olunub.

“Xüsusi hərbi əməliyyatla əlaqədar rəsmi Tokionun ölkəmizə qarşı tətbiq etdiyi sanksiyalar fonunda Yaponiya vətəndaşlarının, habelə Takeşi İvayanın Rusiyaya girişinə həmişəlik qadağa qoyulması barədə qərar qəbul edilib”, - məlumatda belə deyilir.

Chosen
25
operativmedia.az

1Sources