EN

Məşhur aktyor "Oscar"dakı bu hərəkətinə görə tənqid atəşinə tutuldu: "İyrənclikdir"

Amerikalı aktyor Edrian Brodi “Brutalist” filmindəki roluna görə "ən yaxşı aktyor" nominasiyası üzrə "Oskar" mükafatı qazanıb. Lakin aktyorun bu uğurundan çox mərasimdəki davranışları gündəm olub.

Publika.az xəbər verir ki, Brodi səhnəyə çıxmazdan əvvəl saqqızını tüpürüb və sevgilisi Corcinaya atıb, o da öz növbəsində çeynənmiş saqqızı tutub. Aktyor bu hərəkəti ilə bir çox pərəstişkarının rəğbətini itirib. Öz naşılığı ilə internet istifadəçilərini də qəzəbləndirən Brodi barədə "Mən heç vaxt qadınımı belə alçaltmazdım", "Corcina, sən daha yaxşılarına layiqsən", "Bu, iyrənclikdir" kimi şərhlər yazılıb.

Aktyorun altı dəqiqədən çox davam edən "Oscar" çıxışı da tənqidlərə səbəb olub. Onun təşkilatçılardan musiqini susdurmağı xahiş etməsi də birmənalı qarşılanmayıb.

Chosen
53
42
publika.az

10Sources