EN

"TSMC" ABŞ-də çip zavodlarına 100 mlrd. dollarlıq investisiya yatıracaq - "Bloomberg"

"Taiwan Semiconductor Manufacturing Co." ("TSMC") qarşıdakı dörd il ərzində ABŞ-də çip zavodlarına 100 mlrd. dollar sərmayə yatırmağı planlaşdırır. 

Valyuta.Az xəbər verir ki, məsələ ilə tanış olan bir mənbənin, açıqlamanın rəsmi elanından əvvəl anonim qalmaq şərtilə verdiyi məlumata görə, bu addım bazar ertəsi Ağ Evdə prezident Donald Tramp tərəfindən elan ediləcək.  

"TSMC" süni intellekt üçün istifadə edilən qabaqcıl yarımkeçiricilərin istehsalında dünya lideridir və bu investisiya Trampın ABŞ-nin süni intellekt sahəsində üstünlüyünü təmin etmək vədini gücləndirə bilər.

Tramp əvvəllər dəfələrlə Tayvanı ABŞ-nin çip sənayesini "oğurlamaqda" ittiham edib və xaricdə istehsal olunan yarımkeçiricilərə gömrük rüsumları tətbiq edəcəyi ilə hədələyib. ABŞ rəsmiləri isə dəfələrlə daxili istehsalı gücləndirmək öhdəliklərini vurğulayıblar. Bu, xüsusilə ABŞ və Çin arasındakı texnoloji rəqabət kontekstində vacibdir.  

Eks-prezident çip istehsalını artırmaq üçün dövlət subsidiyalarından çox gömrük rüsumlarına üstünlük verdiyini bildirib. Bu isə prezident sabiq Co Baydenin dövründə qəbul edilən "Chips Act" qanununda seçilən yanaşmadan fərqlənir. 2022-ci ildə qəbul edilən bu qanun çərçivəsində "TSMC"nin Finiksdəki üç zavodunu dəstəkləmək üçün 6,6 mlrd. dollar qrant ayrılıb.  

Trampın ilk prezidentlik dönəmində onun administrasiyası "TSMC"ni milli təhlükəsizlik baxımından ABŞ-yə investisiya yatırmağa təşviq etmişdi. 2020-ci ildə "TSMC" ABŞ-də qabaqcıl çip zavodu açacağını elan edəndə, o dövrdəki Tramp administrasiyasının rəsmiləri Tayvan şirkətinin Arizonada istehsal edəcəyi çiplərin süni intellektdən tutmuş F-35 qırıcı təyyarələrinə qədər bir çox texnologiyanı təkmilləşdirəcəyini bildirmişdi.  

Rəhim

Chosen
116
50
valyuta.az

10Sources