EN

Ukrayna tanklarının vurulmasına görə pul verməyi vəd edən müğənniyə qarşı ittiham irəli sürüldü

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı müğənni Qriqori Lepsə qarşı qiyabi olaraq ittiham irəli sürüb.
Bu barədə Oxu.Az UTX-nın "Telegram" kanalına istinadla xəbər verir.
İttihamın səbəblərindən biri Q.Lepsin Ukrayna Silahlı Qüvvələrinin (USQ) hər vurulmuş tankına görə 1 milyon rubl ödəməyə hazır olduğunu bəyan etməsidir.
İfaçı sözügedən bəyanatı 2023-cü ilin yayında vermişdi.
Sənətçi Ukrayna Cinayət Məcəlləsinin Konstitusiya quruluşunu zorakılıqla dəyişdirmək və ya devirmək və ya dövlət hakimiyyətini ələ keçirmək, ərazinin sərhədlərini və ya dövlət sərhədini dəyişdirmək məqsədilə törədilmiş hərəkətləri maliyyələşdirmə və Rusiyanın hərəkətlərinə haqq qazandırmaq maddələri ilə ittiham edilir.
Chosen
116
50
oxu.az

10Sources