EN

“Bakı Marafonu 2025”ə qeydiyyat başlayır!

Bakı. Trend:

Mayın 4-də Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Bakı Marafonu2025” təşkil ediləcək.

Trend xəbər verirki, 2016-cı ildən “Küləyə qalib gəl” şüarı ilə keçirilən BakıMarafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzinitəbliğ etmək məqsədi daşıyır.

Yarışda iştirak üçün qeydiyyat martın 4-dən aprelin 25-dək davamedəcək. 18 yaşdan yuxarı şəxslər bu müddətdə Bakı şəhərinin ticarətmərkəzlərindəki (“28 Mall”, “Gənclik Mall”, “DənizMall”) qeydiyyat məntəqələrinə və ya “Bakı Marafonu 2025”insaytına - www.marathon.azmüraciət edə bilərlər. Qeydiyyat zamanı müvafiq anket formasınıdoldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eynizamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştiraküçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.

Yarışda iştirak etmək istəyən fiziki şəxslər üçün qeydiyyatzamanı ödəniş məbləği 20 AZN təşkil edir. Korporativ olaraqqoşulanlar isə [email protected] elektron poçt ünvanına yazaraqmüraciət edə bilərlər. Korporativ müraciətlərdə (hərtəşkilatdan minimum 5 iştirakçı olmalıdır) hər iştirakçıyagörə 100 AZN ödənilir. Bakı marafonunda tələbələrin iştirakı HeydərƏliyev Fondu tərəfindən qarşılandığından, onlar qeydiyyat zamanıödəniş etmirlər.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan marafonunmarşrutu Dənizkənarı Bulvar, o cümlədən paytaxtın mərkəzi küçə vəprospektlərini, ümumilikdə 21 km-lik məsafəni əhatə edəcək:

Dövlət Bayrağı Meydanı-Dənizkənarı Bulvar-Bakı Beynəlxalq DənizVağzalı-Neftçilər prospekti-Bakı Ağ Şəhər bulvarı-Xəqani Rüstəmovküçəsi–Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərovküçəsi-Üzeyir Hacıbəyli küçəsi, Neftçilər prospekti, BakıFunikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu-Dövlət BayrağıMeydanı.

“Bakı Marafonu 2025” ilə bağlı yeniliklər, yarış ərəfəsindəkeçiriləcək məşqlər barədə ətraflı məlumat layihənin sosialşəbəkələrdəki səhifələrində, eləcə də www.marathon.az saytındatəqdim ediləcək.

Əlavə məlumat üçün telefon nömrəsi: (012) 310 13 31

Məqalədə:
Chosen
30
13
az.trend.az

10Sources