EN

Bölgələrdə iki uşaq ölümünün səbəbi nədir? – TƏFƏRRÜATLAR VİDEO

İnyeksiyadan şoka düşən 4 yaşlı uşaq ölüb. Hadisə ötən gün İmişlinin Yalavac kəndində baş verib.

Xezerxeber.az xəbər verir ki, iddialara görə, hərarəti yüksələn 4 yaşlı Nurgül Qarayevaya kənd tibb məntəqəsinə aparılıb və orada hərarətin düşməsi üçün ona antibiotik vurulub. Vurulan iynədən şoka düşən uşaq dərhal İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

TƏBİB-dən bildirilib ki, uşaq xəstəxanaya bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə hospitalizasiya edilib.

Lakin azyaşlının yenidən halı pisləşib. Reanimasiyon yardımın göstərilməsi məqsədi ilə pasiyent yenidən İmişli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Həkimlərin çoxsaylı cəhdlərinə və göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. 

Göyçayda isə biraylıq körpə xəstəxanada vəfat edib. TƏBİB-in məlumatına əsasən ötən gün 16:00-da rayon sakini olan biraylıq oğlan uşağı kəskin pnevmoniya, kəskin tənəffüs çatışmazlığı və yarımçıq doğulma diaqnozu ilə ağır vəziyyətdə Göyçay mərkəzi xəstəxanasının təcili tibbi yardım şöbəsinə hospitalizasiya edilib.

Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

 Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
34
xezerxeber.az

1Sources