Məncə, Oval kabinetdəki görüşdə Zelenskinin sözlərinə reaksiya spontan deyil, açıq-aydın, təxribatçı eskalasiya idi. Söhbətin tonu məni təəccübləndirdi – onun heç bir xeyri olmadı.
Xalqcebhesi.az xəbər verir ki, bu sözləri Almaniyanın yeni seçilmiş kansleri Fridrix Merz deyib.
Onun sözlərinə görə, bu cür ritorika ABŞ-ın yeni administrasiyasının son aylardakı ümumi davranış xəttinə uyğun gəlir:
“Bizim Vaşinqtonda gördüklərimiz son bir neçə həftə ərzində baş verənlərin, o cümlədən Münhen Təhlükəsizlik Konfransında Amerika nümayəndə heyətinin rəftarının müəyyən ardıcıllığının tərkib hissəsidir”.