EN

"Qarabağ" "Sumqayıt"a qalib gəldi -

"Qarabağ Misli Premyer Liqasının XXV turunda "Sumqayıt"a qalib gəlib. Metbuat.az-ın məlumatına görə, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.Turun açılış qarşılaşmasında "Şamaxı" səfərdə "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.

Chosen
32
11
metbuat.az

10Sources