EN

"Vaqif Cavadovla qarşılaşmaq xoşdur" - Qurban Qurbanov

Msli Premyer Liqasının 25-ci turunda “Sumqayıt”la qarşılaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 2:0 hesabı ilə qalib gəldikləri matçla bağlı belə danışıb:

“Futbolçularımı təbrik edirəm, vacib qələbə qazandıq. Soyuq havada yaxşı mübarizə apardılar. “Sumqayıt” komandasına uğurlar arzulayıram. Onlar da sona kimi döyüşdülər. 

“Növbəti mövsümü düşünürəm” desəm, yalan olar. Mənim üçün vacib olan bu mövsümün oyunlarıdır.

Vaqif Cavadovla qarşılaşmaq xoşdur. Keçmiş futbolçularımı görmək mənim üçün xoş hissdir. Sabiq oyunçularımı lider kimi görəndə sevinirəm və onların hər birinə uğurlar arzu edirəm”.

Chosen
60
fanat.az

1Sources