EN

Avropanın qəlbində yeni savaş sədası yüksəlir - Macar nazir etnik liderlə görüşdü, mərkəzi hakimiyyəti "Sizi vuraraq",- deyə hədələdi

Avropa ölkələrinin Ukrayna savaşına hakim kəsildiyi bir anda qoca qitənin qəlbində yeni müharibə sədası yüksəlməyə başlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Macarıstan xarici işlər nazirinin müavini Levente Magyar Bosniya və Herseqovinada serb kökənli əhalinin kompakt yaşadığı Banya Luka bölgəsinə qanunsuz səfər edərək, orada serb etnik qrupun lideri Milorad Dodiklə görüşüb.

O, hətta Bosniya və Herseqovina mərkəzi hakimiyyətini müharibə ilə hədələyib: “Burada açıq və təəssüflə deyirəm ki, indiyədək Avropa İttifaqı Şərqi Avropa ilə bağlı hər zaman tarixi bilik və məlumatlı olmadan qərarlar qəbul edir. Serb xalqı qürurlu xalqdır və onlar bu yanlış qərarları  qəbul etmək məcburiyyətində deyil. Qərb Bosniya və Herseqovinanı öz əyaləti kimi görür. Onlar Ukraynadakı dəhşətli müharibəni dəstəkləyir. Biz artıq Qərbin Balkanlarda müharibəyə səbəb ola biləcək müəyyən tendensiyaları dəstəklədiyinin və həvəsləndirdiyinin şahidi oluruq. Bura onların bir vilayəti deyil, burada suveren dövlətdir və xatırlatmaq istərdik ki, Bosniya və Herseqovinanın son dövrlərdə özünü xarici maraqların plasdarmasına çevriməsi halı artıb. Hansı ki, vaxtilə bu rolu Avstriya-Macarıstan monarxiyası bu bölgədə oynayıb və bu, 1 milyon serbın öldürüldüyü Birinci Dünya Müharibəsinə gətirib çıxarıb. İndisə biz buna imkan verə bilmərik. Macarıstanın Serbiya kimi burada da Serblərə tam gücül ilə dəstək verəcək. Biz sizinləyik. Nə olursa olsun, biz sizinlə və Serb Respublikası xalqının yanındayıq. Macarıstan buradan cəmi 70 kilometr uzaqlıqdadır. Əgər sizə bir şey olarsa, bu, bizi də narahat edir. Və dərhal müdaxilə edərik. Macarıstanın baş verənlərlə seyrçi qladığı dövr geridə qaldı...".

Qərardan sonra qonşu Serbiya prezidenti Aleksandr Vuçiç və Macarıstanın baş naziri Viktor Orban Bosniya serblərinin lideri Milorad Dodikə dəsətk bəyantı verib, bosniya liderlərini isə  "siyasi cadugər ovu"nda itiham ediblər.

Firudin Səfərli

MİA.AZ

Chosen
49
mia.az

1Sources