EN

Onik Qasparyan dedi ki, Azərbaycanın hava limanları bizim əsas hədəfimizdir - Harutyunyan

Azərbaycanın dərinliklərində hərbi obyektlərə zərbələr endirmək barədə qərar qəbul olunmuşdu.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan xalqına qarşı çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilən Arayik Harutyunyan bugünkü məhkəmə iclası zamanı sərbəst ifadəsində deyib.

"Raket və yaxud da artileriya qurğularından. Əsasən siyasi hərbi vertikal "Qarabağ müdafiə ordusu"nun "qərargah rəisi"ndən başlayırdı, yuxarıdan aşağı. Levon Mnatsakanyanın bir qədər əvvəl verdiyi ifadələrdən artıq mənə aydın oldu ki, istintaqın xəbəri var ki, o, hansı səlahiyyətlərə malik idi və nə edə bilərdi. Mən bilmirdim ki, kimin hansı səlahiyyətləri var, hansı silahlardan istifadə olunmalıdır, olunacaq və sair. Mən Onik Qasparyandan soruşanda ki, bu qərarlar əsaslandırılmışdırmı, o mənə dedi ki, bəli, Azərbaycanın hava limanarı bizim əsas hədəfimizdir və biz o hədəfləri məhv etməliyik. Deyilmişdi ki, elə təəssürat yaranmalıdır, elə etməliyik ki, guya bu zərbələr Qarbağ tərəfindən endirililr", - o bildirib.

Chosen
13
1
day.az

2Sources