EN

Vinisius Səudiyyə Ərəbistanına mümkün keçiddən danışıb

"Real Madrid"in hücumçusu Vinisius Junior Səudiyyə Ərəbistanı klublarının marağı ilə bağlı açıqlama verib.

90deqiqe.Az xəbər verir ki, "Madrid Xtra" braziliyalının dediklərini belə çatdırıb.

 “Mən çox sakitəm, çünki 2027-ci ilə qədər müqaviləm var və onu uzatmaq üçün səbirsizlənirəm. Bu ən yaxşı yerdir. Mən burada ən yaxşılarla oynayıram. Mən çox xoşbəxtəm".

Vinisius 2018-ci ildən "Real Madrid"də çıxış edir. Bu mövsüm 24 yaşlı braziliyalı bütün yarışlarda 35 matçda meydana çıxıb, 17 qol vurub və 12 məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, Vinisiusun dəyəri 200 milyon avrodur.

Chosen
73
42
90deqiqe.az

10Sources