İtaliya A Seriyası komandalarından “Milan” yarımmüdafiəçi Tijjani Reynderslə yeni müqavilə bağlamaq barədə razılığa gəlib.
Apasport.az xəbər verir ki, 26 yaşlı futbolçu İtaliya təmsilçisi ilə müqavilə müddətini 2030-cu ilə qədər uzadıb.
Bu barədə "rossonyerilər"in mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, Reynders 2023-cü ildə "Alkmaar"dan "Milan"a 20,5 milyon avroya transfer olunmuşdu.
Qeyd edək ki, niderlandlı oyunçu Milan təmsilçisinin heyətində iştirak etdiyi 40 rəsmi matçda 12 qol, 3 assistlə yadda qalıb.
Fonseka ciddi cəza ilə qarşı-qarşıya: 7 ay futboldan uzaqlaşdırıla bilər
"Fənərbaxça"da sürpriz ayrılıq
"Zibil kimi, zədəli futbolçular alıb "Beşiktaş"ı biabır etdiniz" - Sabiq prezidentdən şok iddialar
Suarez Messinin yoxluğunu doldurdu - 1 qol, 3 məhsuldar ötürmə
"Mançester Yunayted" "İnter"in ən yaxşı futbolçusunu almaq istəyir