EN

“Şrek 5” filmindəki personajların görünüşü izləyiciləri qəzəbləndirdi – Video


“Universal Pictures” çoxdan gözlənilən “Şrek 5”in ilk tizer treylerini yayımlayıb.
Yeniavaz.com
xəbər verir ki, bundan sonra bir çox internet istifadəçiləri gördüklərindən narazılıqlarını ifadə etməyə başlayıb.
Əsasən, tamaşaçılar əvvəlkilərlə müqayisədə dizaynda nəzərəçarpacaq fərqlərdən narazıdırlar.
“Botoks edib? Niyə belədirlər?”, - şəbəkə istifadəçilərindən biri qəzəblənib.
“Niyə animasiyanı dəyişdiniz? Ucuz görünür”, - başqa bir istifadəçi yazıb.
Qeyd edək ki, “Şrek 5” əsas aktyor heyətinin əksəriyyəti ilə qayıdır. Mayk Mayers, Eddi Merfi və Kemeron Diaz müvafiq olaraq Şrek, Eşşək və Şahzadə Fionanı səsləndirirlər. Studiya onu da açıqlayıb ki, baş qəhrəmanın böyüyən qızı Felisiyanı “Euphoria” ulduzu, amerikalı aktrisa Zendaya səsləndirəcək.
Qeyd edək ki, “Shrek Forever After” adlı kult franşizasının son hissəsinin buraxılışından 15 il, tamaşaçıların cizgi fantastika komediyasının personajları ilə ilk tanışlığından isə təxminən 25 il keçib. Məlumata görə, beşinci hissənin premyerası 2026-cı ildə ABŞ-də Milad bayramı zamanı baş tutacaq.
Chosen
59
yeniavaz.com

1Sources