PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandasının UEFA Çempionlar Liqasındakı çıxışından danışıb.
Turnirin 1/8 finalında parislilər “Liverpul”la qarşılaşacaq.
Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Paris klubunun rəhbəri “Liverpul”un bu mövsüm fantastik olduğunu deyib:
“Liverpul” bu mövsüm fantastikdir. İlk üç oyunumuzdan cəmi dörd xal toplayanda mübarizəni dayandıracağımız gözlənilirdi.
Ancaq sonra gənc, istedadlı və yenilənmiş komandamız özünü toparladı, birliyini gücləndirib əzmlə mübarizə apara bildi”.