EN

“Bu adam sülh istəmir” - Tramp Zelenski haqqında

"Bu adam sülh istəmir"...

Poliqon qafqazinfo-ya istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth"da yazıb.

ABŞ lideri Ukrayna Prezidenti Volodimir Zelenskinin "Rusiya ilə müharibənin sonu çox çox uzaqdadır" sözlərini paylaşaraq aşağıdakıları yazıb:

"Bu, Zelenskinin verə biləcəyi ən pis bəyanatdır və Amerika buna daha çox dözməyəcək! Bu adam Amerikanın dəstəyi ilə sülh istəmir. Avropa Zelenski ilə görüşdə qəti şəkildə bildirdi ki, ABŞ olmadan bu işi görə bilməyəcəklər. Nə düşünürlər?".

Poliqon.info 

Chosen
82
2
poliqon.info

2Sources