"Qarabağ" Premyer Liqanın XXV turunda "Sumqayıt"a qalib gəlib.
Sportinfo.az xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş "köhlən atlar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges (31), Leandro Andrade (38) fərqləniblər.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv hazırda 60 xalla liderdir. "Gənclik şəhəri" təmsilçisi 22 xalla 8-ci pillədə qərarlaşıb.